Dani Kintana Avroliqada turun oyunçusu seçildi

UEFA Avropa Liqasının 3-cü turunda fərqlənən futbolçuların adlarını açıqlayıb. SportLine.az xəbər verir ki, "Turun oyunçusu" nominasiyasına namizəd 8 futbolçu arasında "Qarabağ"ın yarımmüdafiəçisi Dani Kintananın da adı olub. 

İspaniyalı yarımmüdafiəçinin rəqibləri Pol Poqba ("Mançester Yunayted"), Viktor İbarbo ("Panatinaykos"); Kevin Mone-Pake ("Sent-Etyen"), Raul Rusesku ("Osmanlıspor"), Antonio Kandreva ("İnter"), Yevgen Konoplyanka ("Şalke") və  Nikola Kaliniçin ("Fiorentina") idi.

Səsvermədə böyük üstünlük əldə edən Dani Kintana Avroliqanın 3-cü turunun ən yaxşı oyunçusu seçilib.