Klopp Pulişiçi "Liverpul"a gətirir?

"Liverpul" heyətini gücləndirməyə hazırlaşır. SportLine.az xəbər verir ki, baş məşqçi Yürgen Klopp Dortmund "Borussiya"sının gənc ulduzu Kristian Pulişiçin xidmətində maraqlıdır.

"Liverpul Echo"nun yaydığı məlumata görə, Y.Kloppun ABŞ millisinin üzvü ilə yaxşı münasibətləri var. Bu münasibətlər futbolçunun yaxın gələcəkdə "mersisaydlılar"ın heyətinə qatılmasına kömək edə bilər.

Qeyd edək ki, 20 yaşlı futbolçunun mövsümün sonunda "Liverpul"a keçəcəyi gözlənilir.