Klublararası dünya çempionatında iştirak edəcək komandalar müəyyənləşdi

FIFA 2021-ci il klublararası dünya çempionatında iştirak edəcək komandaların siyahısını təqdim edib. 

SportLine.az "Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, yeni formatda keçiriləcək yarışda 24 komanda mübarizə aparacaq.

Avropanı "Real Madrid", "Barselona" (hər ikisi İspaniya), "Milan", "İnter", "Yuventus" (hər üçü İtaliya), "Bavariya" (Almaniya), "Liverpul", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Ayaks" (Hollandiya") və PSJ (Fransa) təmsil edəcək. 

Habelə, "Mançester Siti", "Çelsi" (hər ikisi İngiltərə), "Atletiko" (İspaniya), "Portu", "Benfika" (hər ikisi Portuqaliya) və ya "Borussiya" (Dortmund, Almaniya) komandalarından biri də bu turnirə qatılacaq. 

Cənubi Amerikadan 3 klub birbaşa, 4-cüsü isə Okeaniya təmsilçisi ilə "pley-off" matçlarının nəticəsində dünya çempionatına vəsiqə qazanacaq. Afrika, Asiya və Şimali Amerika hərəyə 2 yerə sahib olacaq.