Kokorin və Mamayev barəsində həbs qərarı verildi

Moskvanın Tversk rayon məhkəməsi “Zenit”in hücumçusu Aleksandr Kokorin və “Krasnodar”ın yarımmüdafiəçisi Pevel Mamayev barədə 2 aya yaxın həbs-qətimkan tədbiri çıxarıb.

SportLine.az "RİA Novosti"yə istinadən xəbər verir ki, onlar dekabrın 8-dək istintaq təcridxanasında saxlanılacaqlar.

Qeyd edək ki, hər iki futbolçu bir neçə gün öncə Rusiya Sənaye Ticarəti Nazirliyinin departament rəhbəri Denis Pak və Dövlət Federal Unitar Müəssisəsinin direktoru Sergey Qaysini, eləcə də daha əvvəl Rusiya “Birinci kanalı”ının aparıcısı Olqa Uşakovanın sürücüsünü döyməkdə təqsirləndirilir.

Futbolçular dünənki məhkəmə prosesində etdikləri hərəkətə görə zərərçəkənlərdən və azarkeşlərdən üzr istəməyə, maddi təzminat ödəməyə hazır olduqlarını bildirsələr də, məhkəmə həbs-qətimkan tədbiri seçib. Dekabrın 8-dək olan müddətə tərəflər barışıq əldə etməsələr, futboçular barədə 7 ilədək həbs cəzasının çıxarılacağı gözlənilir.