"Komandamızda onun yerini dolduracaq futbolçular var" - Sənan Qurbanov

"Qəbələ" klubunun baş məşqçisi Sənan Qurbanov Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları Luksemburq "Proqres"i ilə oyundan öncə mətbuat konfransı keçirib. 

SportLine.az "Report"a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb: 

- Baş məşqçi kimi ilk avrokubok oyununuzdur. Özünüzü necə hiss edirsiniz?

- Yenidən avrokubok ab-havasını yaşamaq çox sevindiricidir. Komandada ab-hava yaxşıdı. Yenidən burda olmaq, ab-havanı yaşamaq xoşdur. Başqa bir həyacandır. Məqsədimizə çatmaq üçün bir gün qalıb. 

- Cavid Hüseynov sabahkı oyunda iştirak etməyəcək. Bu komandaya necə təsir göstərə bilər?

-Kapitanımızın olmamağı bizim üçün yaxşı hal deyil. Cavid bizim üçün önəmli futbolçudu.Təlim-məşq toplanışına İlk gündən onsuz başladıq. Komandamızda onun yerini dolduracaq futbolçular var. Onlara güvənirik.

-Yeni transferlər komandaya uyğunlaşıb?

- Digərlərinə nisbətən  Lilay komandaya tez qoşulub. Digərləri Sloveniyada bizə qoşuldu. Futbolçuların dediyinə görə komandaya uyğunlaşmaqda problem yaşamayıblar. Özlərini ailəmizin bir üzvü hesab edirlər. Bu ab-havaya görə bir addım irəlidəyik. 

- Klub olaraq ilk oyundakı hədəfiniz nədir?

-"Qəbələ” olaraq hər oyunda hədəfimiz qələbədir. Hamı bizdən qələbə gözləyir. Rəqibimiz güclüdü. Oyuna qələbə üçün çıxacağıq

- Rəqibin üstün və zəif cəhətlərini analiz etmisinizmi?

-Rəqibin çempionat oyunlarını izləyib təhlil etmişik. Yetərincə intizamlı, sıx oynayan komandadı. Bu onların uğurudur. Biz də buna uyğun işlərimizi qurmuşuq.   Hücumlara yaxşı çıxırlar. Kompakt oyun sayəsində nəticxə qazanırlar. Futbolçular haqqında məlumatımız var. 

- Oyun fəlsəfəniz necədir?

-"Qəbələ” iddialı klubdu, çalışacağıq ki bu iddiamızı qoruyaq. Müdafiəni unutmadan hücum futbolu oynayaq. Hər gün bu barədə çalışırıq.

-Yoldaşlıq oyunları göstərdiki son nöqtəni qoymaqda komandanız çətinlik çəkirdi...

-Yoxlama oyunlarında futbolçulardan başqa şeylər tələb edirik. Bu oyunların bizə çox köməyi oldu. Qol imkanlarımız olurdu. Bu əsas göstərici deyil. Qol vəziyyətlərindən istifadə edəcəyik. Mənim fikrimcə belə problemimiz olmayacaq.