Krauç "Çelsi"nin hədəfində

"Stok Siti"nin hücumçusu Peter Krauç karyerasını "Çelsi"də davam etdirə bilər. SportLine.az "Telegraph"a istinadən xəbər verir ki, "zadəganlar" 36 yaşlı futbolçunun xidmətində maraqlıdır. 

"Vest Hem"dən Endi Kerrollu transfer etmək istəyən"Çelsi" klubu futbolçunun zədələnməsindən sonra fikrindən daşınıb. Onun əvəzində baş məşqçi Antonio Konte mövsümün sonunadək P.Krauçu komandasında görmək istədiyini deyib.

Qeyd edək ki, uzun boyu ilə şöhrət qazanan P.Krauç karyerası ərzində "Liverpul" və "Tottenhem" kimi klubların da şərəfini qoruyub. Hücumçu İngiltərə millisində keçirdiyi 42 oyunda 22 qol vurub.