Kroos "Mançester Siti"yə keçir?

Madrid "Real"ının futbolçusu Toni Kroos karyerasını İngiltərədə davam etdirməyə çox yaxındır. SportLine.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Siti" yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Məlumata görə, artıq Premyer Liqa təmsilçisi T.Kroosun meneceri ilə görüşüb və razılıq əldə olunub. "Şəhərlilər" Təzminat məbləğində "kral klubu"nu razı sala bilsələr, almaniyalı futbolçunu növbəti mövsümdən İngiltərədə görə bilərik.

Qeyd edək ki, T.Kroos 2014-cü ildə 25 milyon avro müqabilində "Bavariya"dan transfer edilib.