Kubokun final matçına hakim təyinatı açıqlandı

Futbol üzrə Azərbaycan Kubokunun final matçının hakimləri bəlli olub.

Sportline.az xəbər verir ki, “Qəbələ” ilə “Keşlə”nin həlledici görüşünü Rauf Cabbarov idarə edəcək. 

Ona Nahid Əliyev və Knyaz Əmiraslanov yardımçı olacaq. 4-cü hakim funksiyasını isə Əliyar Ağayev yerinə yetirəcək.

Qeyd edək ki, mayın 28-də keçiriləcək “Keşlə” – “Qəbələ” oyunu 20:00-da start götürəcək.