Kubokun final matçının vaxtı açıqlandı

Futzal üzrə Azərbaycan kubokunun final oyununun vaxtı açıqlanıb.

Sportline.az  Azərbaycan Futzal Federasiyasının “facebook” səhifəsinə istinadən xəbər verir ki, həlledici görüş mayın 22-də olacaq. Bakı İdman Sarayında keçiriləcək final görüşündə “Marafon Futsal”la “Uğur” FK üz-üzə gələcək. Qarşılaşma saat 15:00-da başlanacaq.
Oyun “CBC Sport” telekanalı ilə canlı yayımlanacaq.