"Kukesi" ilə oyunu buraxacaq

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçında zədə alan Dani Kintana "Kukesi" ilə oyunda "Qarabağ"a kömək edə bilməyəcək. 

Sportline.az xəbər verir ki, əzələsində dartılma olan ispaniyalı yarımmüdafiəçinin bir həftədən sonra fərdi məşqlərə başlayacağı ehtimal olunur.

Qeyd edək ki, "Qarabağ" və "Kukesi" komandaları arasında ilk görüş iyulun 25-də səfərdə, cavab oyunu avqustun 1-də Bakıda olacaq.