La Liqanın Amerika istəyi rədd edildi

İspaniya Futbol Federasiyası La Liqanın bəzi oyunları ABŞ-da təşkil etmək istəyini rədd edib. SportLine.az "Associated Press"ə istinadən xəbər verir ki, bu barədə təşkil olunan iclasda federasiya rəhbərliyi oyunların bəzilərinin ABŞ-da keçirilməsi məsələsini qəbul etməyib.

Məlumata görə, yanvar ayına planlaşdırılan "Barselona" - "Jirona" görüşünün Mayamidə təşkili ilə bağlı federasiya nümayəndələri ilə keçirilən görüşdə La Liqa rəhbəri Xavyer Tebas mənfi cavab alıb.

Bununla belə, X.Tebas bəzi oyunların ölkə xaricində təşkili məsələsində israrlıdır. Onun fikrinci, bu, La Liqaya marağı daha da artıracaq və gəlirlərin yüksəlməsi üçün şərait yaradacaq.