LeBron Ceyms "Los-Anceles Leykers"də

"Klivlend Kavaliers"lə yolları ayıran LeBron Ceymsin yeni klubu müəyyənləşib. SportLine.az xəbər verir ki, basketbolçu karyerasını "Los-Anceles Leykers"də davam etdirəcək. 

Qeyd edək ki, 2012, 2013 və 2016-cı illərdə NBA-da çempionluq qazanan LeBron Ceyms hər üç finalın ən yaxşı oyunçusu seçilib. Ötən mövsüm "Klivlend Kavaliers"in heyətində 82 oyuna çıxan basketbolçu komandasına hər oyun, orta hesabla, 27,5 xal qazandırıb.