Levandovski "Bavariya"dan ayrılır

Robert Levandovski "Bavariya" ilə yollarını ayırır. SportLine.az "Sport Bild"ə istinadən xəbər verir ki, bu barədə futbolçunun meneceri Pini Zahavi məlumat verib.

"Robert karyerasında yeniliklər istəyir. Bir neçə klubdan təkliflər də almışıq", - deyən P.Zahavi, "Hələ heç kimlə razılıq əldə etməmişik. Amma müəyyən məsələləri müzakirə etdiyimiz klublar var", - deyə bildirib.

Qeyd edək ki, bir müddət öncə yayılan xəbərlərdə polşalı hücumçunun Madrid "Real"ı ilə razılıq əldə etdiyi deyilirdi. "Mançester Yunayted", "Çelsi" və PSJ-nin futbolçunun xidmətində maraqlı olduğu bildirilir.