Levandovski "Çelsi"nin hədəfində

"Bavariya"dan ayrılmaq istədiyini açıqlayan Robert Levandovski Avropa nəhənglərinin diqqət mərkəzindədir. SportLine.az "Mirror"a istinadən xəbər verir ki, "Mançester Yunayted"in ardından, "Çelsi" də polşalı hücumçu ilə yaxından maraqlanır.

Məlumata görə, "zadəganlar" yaxın günlərdə futbolçu ilə rəsmi danışıqlara başlamaq niyyətindədirlər. London klubu Dünya çempionatınadək R.Levandovski ilə ilkin razılıq əldə etməyi planlaşdırır.

Qeyd edək ki, bir neçə gün öncə yayılan xəbərdə R.Levandovskinin "Real"a keçəcəyi deyilirdi.