Libertadores Kubokunun qalibi müəyyənləşdi

Cənubi Amerikanın ən nüfuzlu klub turniri - Libertadores Kubokunda qalib bəlli olub.

SportLine.az xəbər verir ki, "River Pleyt" və "Boka Xuniors" komandaları arasında cavab matçı Madridin "Santyaqu Bernabeu" arenasında təşkil olunub.

Gərgin keçən matçın əsas vaxtı bərabərliklə yekunlaşıb - 1:1. İlk oyunda da heç-heçə qeydə alındığından, əlavə vaxt oynanılıb. Burada daha inamlı təsir bağışlayan "River Pleyt" rəqibin azlıqda qalmasından da istifadə edərək qələbə qazanıb.

09 dekabr 2018
Libertadores Kuboku
FİNAL (cavab oyunu)

"River Pleyt" - "Boka Xuniors" - 3:1
QOLLAR:
Benedetto, 44 (0:1); Pratto, 68 (1:1); Xuan Kintero, 109 (2:1); Qonzalo Martinez, 120+2 (3:1)
QIRMIZI VƏRƏQƏ: Vilmar Barrios, 92 ("Boka Xuniors")
İlk oyun: 2:2