Litva millisinin futbolçusu "Keşlə"də

Bakının "Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.

SportLine.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi litvalı Edvinas Girdvainislə anlaşıb.

25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Litva millisinin futbolçusu karyerası ərzində vətənində "Ekranas", İspaniyanın "Marbelya", Polşanın "Pyast", Rusiyanın "Tom" və İsrailin "Hapoel" (Təl-Əviv) komandalarının formasını geyinib.