"Liverpul" "Mançester Siti"ni razılığa gətirdi

"Mançester Siti"nin qapıçısı Co Hart "Liverpul"a keçəcək. SportLine.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. 

Xəbərdə tərəflərin ilkin razılığa gəldiyi qeyd olunur. Bildirilir ki, futbolçu yay transfer pəncərəsində 20 milyon funt-sterlinq qarşılığında "mersisaydlılar"ın heyətinə qatılacaq.

Qeyd edək ki, "Liverpul" yanvar ayında da C.Hartı transfer etmək istəsə də, Pep Quardiola buna icazə verməmişdi.