7 qol vuruldu, "Liverpul" qələbə qazandı

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsi start götürəcək. SportLine.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. 

"Barselona"nı mübarizədən kənarlaşdıran "Roma" İngiltərəyə səfər edəcək. Rəqib "Liverpul" olacaq.

"Mançester Siti" üzərində inamlı qələbə qazanan "mersisaydlılar" bu dəfə də azarkeşlərini sevindirmək niyyətindədirlər. "Canavarlar" isə İtaliyaya sərfəli nəticə ilə dönmək barədə düşünürlər.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.


24 aprel 2018
Çempionlar Liqası
Yarımfinal (ilk oyun)

"Liverpul" (İngiltərə) - "Roma" (İtaliya) - 5:2
QOLLAR: Salah, 36 (1:0); 45+1 (2:0); Mane, 56 (3:0); Firmino, 61 (4:0); Firmino, 69 (5:0); Dzeko, 81 (5:1); Perotti, 85/p. (5:2)
Baş hakim: Feliks Brix (Almaniya)
Liverpul, “Enfild Roud” stadionu

“Liverpul”: Karius (Q), Aleksander Arnold, Van Deyk, Lovren, Robertson, Henderson (K), Milner, Oksleyd-Çemberlen, Salah, Mane, Firmino
Ehtiyat oyunçular: Minyole (Q), Klayn, Klavan, Moreno, Veynaldum, İnqs, Solanke
Baş məşqçi: Yürgen Klopp

“Roma”: Alisson (Q), Florensi, Manolas, Fasio, Xuan Xesus, Kolarov, De Rossi (K), Naynqolan, Strotman, Ünder, Dzeko
Ehtiyat oyunçular: Skorupski (Q), Bruno Peres, Pelleqrini, Qonalon, Perotti, El-Şeravi, Şik
Baş məşqçi: Di Françesko