"Liverpul"dan rekord transfer

Növbəti mövsümə hazırlıqları davam etdirən "Liverpul" heyətini gücləndirib. SportLine.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "mersisaydlılar" "Roma"nın və Braziliya millisinin qapıçısı Alisson Bekerin keçidini rəsmiləşdirib.

Premyer Liqa təmsilçisi bu transferə görə 62,5 milyon avro xərcə düşüb. Beləliklə, Alisson futbol tarixinin ən bahalı qapıçısı olub.

Qeyd edək ki, bunadək Canluici Buffon bu siyahıda lider idi. Cici 2001-ci ildə "Parma"dan "Yuventus"a 52,8 milyon avroya keçmişdi.