Lopeteqinin yerinə daha bir namizəd

Xulen Lopeteqinin "Real"dakı taleyi son günlər gündəmdədir. SportLine.az xəbər verir ki, ispaniyalı mütəxəssisin istefa verəcəyi təqdirdə komandaya gətiriləcək baş məşqçi namizədlərinə daha biri əlavə olunub. "Mirror"un məlumatına görə, bu, Antonio Kontedir. 

Ötən mövsümün sonunda "Çelsi" ilə vidalaşan mütəxəssis X.Lopeteqinin gedişindən sonra "kral klubu"nu çalışdırmağa ən real namizəd hesab olunur. Amma mətbuatda bununla "Real" Eden Azar arzusunu "dəfn edəcəyi" deyilir. 

Belçikalı futbolçu ilə yaxşı münasibətləri olmayan A.Kontenin onun "Real"a keçidinə "hə" deyəcəyi inandırıcı görünmür.

Qeyd edək ki, X.Lopeteqinin taleyi bu həftəsonu "El-Klasiko"da həll olunacaq. "Barselona"nın qələbəsi mütəxəssisin istefasına səbəb ola bilər.