"Los Anceles Leykers" "pley-off"dan kənarda qaldı

Amerika Milli Basketbol Assosiasiyasının Müntəzəm Çempionatında növbəti oyunlar keçirilib.

SportLine.az xəbər verir ki, diqqətlər, əsasən, "Detroyt Pistons" - "Los Anceles Leykers" matçına yönəlib. Son 4 mövsümdə "pley-off"a yüksələ bilməyən "Los Anceles Leykers", bu mövsüm də azarkeşlərini məyus edib. 106:112 hesabı ilə uduzan Los Anceles təmsilçisinin "pley-off" imkanları tükənib.

Gecənin digər görüşlərində bu nəticələr qeydə alınıb:

"Şarlott Hornets" - "Nyu York Niks" - 137:128 (Əlavə vaxtda)
"Filadelfiya Sevinti-siksers" - "Denver Naqqets" - 123:104
"Minnesota Timbervulfs" - "Memfis Qrizzlis" - 93:101
"Feniks Sans" - "Boston Seltiks" - 94:102