"Los Anceles Leykers"dən çətin qələbə

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında daha 6 oyun keçirilib.

SportLine.az xəbər verir ki, "Atlanta Houks"la qarşılaşan "Los Anceles Leykers" rəqibin ciddi müqaviməti ilə üzləşib. Los Anceles basketbolçuları Lebron Ceymsin son saniyələrdə qazandığı xalla qələbə qazanıb. 

Gecənin nəticələrini diqqətinizə çatdırırıq:

"Detroyt Pistons" - "Şarlott Hornets" - 103:113

"Hyuston Rokets" - ""İndiana Peysers" - 115:103

"Nyu York Niks" - "Orlando Məcik" - 89:115

"Denver Naqqets" - "Milouki Baks" - 114:121

"Portlend Treyl Bleyzers" - "Boston Seltiks" - 100:94

"Los Anceles Leykers" - "Atlanta Houks" - 107:106