Lüis Hemilton Bakıya qələbə ilə gəlir

"Formula-1"in Kanada Qran-Prisi yekunlaşıb. SportLine.az xəbər verir ki, "Mercedes" komandasının britaniyalı pilotu Lüis Hemilton finişə hamıdan tez çatıb.

İkinci yeri onun komanda yoldaşı ("Mercedes") Valtteri Bottas, üçüncü yeri "Red Bull" təmsilçisi Daniel Rikkardo tutub.

"Formula-1"in ümumi hesabında birinci yerdə 141 xal ilə Sebastyan Fettel (Ferrari) qərarlaşıb. Hemilton ikincidir. Onun aktivində 129 xal var. Bottas isə 93 xal ilə üçüncü yerdədir.

Qran-prinin növbəti mərhələsi 23-25 iyun tarixlərində Bakıda keçiriləcək.