Meksika - Yeni Zelandiya oyununda kütləvi dava

Konfederasiyalar kubokunun qrup mərhələsinin Meksika - Yeni Zelandiya matçı qalmaqalla yadda qalacaq. Sportline.az xəbər verir ki, meksikalıların qələbəsi ilə bitən (2-1) görüşün sonlarında kütləvi dava baş verib. Buna adalıların kəskin hücumu zamanı, Diyeqo Reyesin Maykl Boksalın qarşısını kobudluqla alması səbəb olub.  Boksalın digər rəqib futbolçuya adekvat hərəkəti isə, aranı qarışdırıb. Oyunu dayandıran hakim videotəkrarın köməkliyi ilə, insidentin əsas səbəbkarlarını və Meksika millisinin yarımmüdafiəçisi Ektor Erreranı sarı vərəqə ilə cəzalandırıb.  Qeyd edək ki, Meksika futbolçularının 2-1 hesablı qələbəsi ilə bitən oyundan sonra, Yeni Zelandiyanın qrupda qalacağı rəsmiləşib.