Madrid polisi Libertadoresə görə gücləndirilmiş iş rejiminə keçdi

Cənubi Amerikanın ən nüfuzlu klub turniri - Libertadoresin final matçı Madriddə təşkil olunacaq. SportLine.az xəbər verir ki, "Santyaqu Bernabeu" arenasında keçiriləcək görüşdən öncə şəhər polisi gücləndirilmiş iş rejiminə keçib.

"AS"ın məlumatına görə, oyun vaxtı təhlükəsizliyin təmin olunması üçün 2500 polis işçisi ayrılıb. Stadion qapılarının 90 dəqiqə əvvəl açılacağı və arenaya yaxın küçələrin bağlanacağı ilə bağlı məlumat verilib. Bununla yanaşı, rəqib komandaların azarkeşlərinin bir-birinə yaxınlaşmasının qarşısını almaq üçün səddlər qurulacaq. 

Qeyd edək ki, "River Pleyt" və "Boka Xuniors" komandaları arasında keçiriləcək görüşün start fiti dekabrın 9-u, Bakı vaxtı ilə saat 23:30-da səslənəcək.