Mahrezin "Mançester Siti"yə keçidi rəsmiləşdi

Riyad Mahrez "Mançester Siti" ilə münasibətləri rəsmiləşdirib. SportLine.az "şəhərlilər"in saytına istinadən xəbər verir ki, əlcəzairli oyunçu ilə 5 illik müqavilə imzalanıb.

"Mançester Siti" klubu futbolçunun məxsus olduğu "Lester"ə 60 milyon funt-sterlinq məbləğində təzminat haqqı ödəyib. Bu isə "Mançester Siti" tarixində ən bahalı transfer kimi qeydə alınıb.

R.Mahrez 2014-cü ildə Fransanın "Havr" klubundan "Lester"ə 400 min funt-sterlinqə transfer edilmişdi.