Maklaflin "Qarabağ"ın təklifini qəbul etmədi

"Qarabağ"ın qapıçı axtarışları hələ ki, bəhrə vermir. 

Sportline.az xəbər verir ki, Şotlandiyanın "Harts” klubunun qapıçısı Con Maklaflin də Azərbaycan çempionatında oynamaq istəmədiyini bildirib.

"Daily Express”in bu haqda yaydığı məlumatda 30 yaşlı futbolçunun İngiltərədən aldığı təklifləri dəyərləndiəcəyi deyilir. Maklaflinin "Sanderlend” klubuna transfer olunacağı gözlənilir.

Qeyd edək ki, İtaliya "Peskara”sının qolkiperi Vinçenço Fiorello da "Qarabağ"ın təklifindən imtina etmişdi.