"Mançester Siti" futbolçusunu satışa çıxarır

"Mançester Siti" 23 yaşlı müdafiəçi Con Stonsu satmağa hazırlaşır. SportLine.az "Sun"a istinadən xəbər verir ki, futbolçu cari mövsümün sonunda "şəhərlilər"lə vidalaşacaq.

Transfer məbləği açıqlanmasa da, futbolçunun 25 milyon funt-sterlinqə satılacağı ehtimal olunur. 

Qeyd edək ki, "Liverpul" və "Arsenal"ın C.Stonsla maraqlandığı deyilir.