"Mançester Siti" "Napoli" ilə razılığa gəldi

Jorjinyonu heyətində görmək istəyən "Mançester Siti" futbolçunun məxsus olduğu "Napoli" ilə razılığa gəlib. SportLine.az xəbər verir ki, "Mirror" bu iddia ilə çıxış edib.

Məlumata görə, "şəhərlilər" futbolçunun keçidi üçün 43 milyon funt-sterlinq ödəməyə razılıq veriblər. 26 yaşlı yarımmüdafiəçini  həftəsonu Premyer Liqa klubu ilə münasibətləri rəsmiləşdirəcəyi gözlənilir. 

Qeyd edək ki, Jorjinyo 2014-cü ildən Neapol təmsilçisinin şərəfini qoruyur.