"Mançester Siti" Sançezi razı sala bilmədi

"Arsenal"ın futbolçusu Aleksis Sançezi heyətinə cəlb etmək istəyən "Mançester Siti" hücumçu ilə razılığa gələ bilməyib.

SportLine.az goal.com saytına istinadən xəbər verir ki, çilili forvardın meneceri "şəhərlilər"dən maaşdan əlavə ödəmələr tələb edib ki, bu da klub tərəfindən qəbul olunmayıb. 

Əvəzində, "Mançester Siti" Antuan Qrizmannla maraqlanır. "Daily Mail"in məlumatına görə, Premyer Liqa klubu bununla bağlı "Atletiko" ilə danışıqlara başlamağa hazırlaşır. 

Qeyd edək ki, A.Sançezin "Mançester Yunayted"ə keçəcəyi deyilir. A.Qrizmann isə "Barselona" ilə müqavilə bağlayacağı gözlənilsə də, Filipe Koutinyonun kataloniya klubuna keçidindən sonra, bu, o qədər də real görünmür.