"Mançester Siti"dən "Real"a 75 milyonluq təklif

"Mançester Siti" "Real"ın yarımmüdafiəçisi İskoya elçi düşüb.

SportLine.az "Sun"a istinadən xəbər verir ki, "şəhərlilər" ispaniyalı futbolçunu cari mövsümün sonunda transfer etmək niyyətindədirlər. Premyer Liqa klubunun Madrid təmsilçisinə 75 milyon funt-sterlinq təklif edəcəyi gözlənilir. 

Qeyd edək ki, 25 yaşlı futbolçu ilə La Liqa və Premyer Liqadan başqa klubların da maraqlandığı deyilir.