"Mançester Siti"nin əvəzinə Çelsi"

"Arsenal"ın futbolçusu Aleksis Sançezi heyətində görmək istəyən komandaların sayı artıb. SportLine.az "Manchester Evening News"a istinadən xəbər verir ki, Antonio Konte çilili hücumçunu "Çelsi"yə transfer etmək niyyətindədir. Klub rəsmilərinin artıq futbolçunun meneceri ilə danışıqlara başladığı deyilir.

Xatırladaq ki, "Mançester Siti" A.Sançezlə razılığa gələ bilmədiyini bildirmişdi. Futbolçunun isə "Mançester Yunayted"ə keçmək istədiyi qeyd olunur.