"Mançester Siti" "Napoli"nin futbolçusuna elçi düşdü

"Mançester Siti" heyətini gücləndirmək niyyətindədir. SportLine.az "Times"a istinadən xəbər verir ki, "şəhərlilər" "Napoli"nin yarımmüdafiəçisi Jorjinyoya elçi düşüblər.

26 yaşlı futbolçunun keçidi üçün rəsmi danışıqlara hazırlaşan Premyer Liqa təmsilçisinin yay transfer pəncərəsində Jorjinyonu heyətinə qatacağı gözlənilir.

Qeyd edək ki, "Mançester Yunayted", "Liverpul", "Arsenal" və "Çelsi"nin də Jorjinyonun xidmətində maraqlı olduğu deyilir.