"Mançester Yunayted" "Barselona"nın təklifini rədd etdi

"Mançester Yunayted"in futbolçusu Pol Poqbanı heyətinə qatmaq istəyən "Barselona" Premyer Liqa klubuna yeni təklif ünvanlayıb. SportLine.az goal.com saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi Fransa millisinin yarımmüdafiəçisi üçün Yerri Mina, Andre Qomeş və 45 milyon avro təklif edib. "Qırmızı şeytanlar" təklifə rədd cavabı verib.

Qeyd edək ki, bir neçə gün öncə yayılan məlumatda futbolçunun meneceri Mino Rayola "Barselona" ilə ilkin razılığın əldə olunduğunu bildirmişdi.