"Mançester Yunayted" Marsiyalı Pulişiçlə dəyişir

"Mançester Yunayted" Kristian Pulişiçi heyətinə cəlb etmək istəyir.

SportLine.az "Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" futbolçunun keçidi üçün Dortmund "Borussiya"sı ilə danışıqlara başlayıblar. Premyer Liqa təmsilçisi ABŞ millisinin üzvü üçün Antoni Marsiyalı təklif edib. 

Razılıq əldə olunsa, cari mövsümün sonunda K.Pulişiç İngiltərəyə köçəcək. A.Marsiyal isə növbəti mövsümdən etibarən "Borussiya"nın şərəfini qoruyacaq.