"Mançester Yunayted" "Real"ın futbolçusuna elçi düşdü

"Real"ın yarımmüdafiəçisi Toni Kroos "Mançester Yunayted"in hədəfindədir. 

SportLine.az "Independent"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" almaniyalı futbolçunu yay transfer pəncərəsində heyətinə cəlb etmək niyyətindədir. 

Qeyd edək ki, mövsümün sonunda "Mançester Yunayted"in yarımmüdafiəçisi Maykl Kərrik karyerasını bitirəcək. Premyer Liqa təmsilçisi heyətdəki boşluğu T.Kroosla doldurmaq niyyətindədir.