"Roma" və "Sevilya" 1/4 finalda

UEFA Çempionlar Liqasında 1/8 final həyəcanı davam edir. SportLine.az xəbər verir ki, bu gün 1/4 finala daha iki vəsiqənin sahibi müəyyənləşəcək.

Diqqətlər, əsasən, İngiltərəyə yönələcək. "Sevilya" ilə səfər görüşündə qolsuz heç-heçəyə nail olan "Mançester Yunayted" doğma meydandakı görüşə bir qədər rahat çıxacaq. İstənilən hesablı qələbə "qırmızı şeytanlar"ı növbəti mərhələyə aparacaq. "Sevilya" isə qollu heç-heçə ilə də yoluna davam edə bilər.

Donetskdə azarkeşlərini sevindirən "Şaxtyor" isə üstünlüyü Romada qorumağa çalışacaq. "Canavarlar" minimum bir cavabsız qolla qələbə qazanmaqla mərhələyə adlaya bilərlər.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.


13 mart 2018
Çempionlar Liqası
1/8 final (cavab oyunları)

"Mançester Yunayted" - "Sevilya" - 1:2
QOLLAR:
Ben Yedder, 74 (0:1); Ben Yedder, 78 (0:2); Lukaku, 84 (1:2)
İlk oyun: 0:0

Baş hakim: Danni Makkeli
Yan xətt hakimləri: Mario Diks, Hessel Ştreqstra
Dördüncü hakim: Yan de Fris
Əlavə köməkçi hakimlər: Kevin Blom, Kamfuis Yohem (hamısı Hollandiya)

"Roma" - "Şaxtyor" (Donetsk) - 1:0
QOL:
Dzeko, 52 (1:0)
QIRMIZI VƏRƏQƏ: İvan Ordets, 79 ("Şaxtyor")
İlk oyun: 1:2

Baş hakim: Undiano Malyenko
Yan xətt hakimləri: Roberto Alonso, Xuan Yuste
Dördüncü hakim: Raul Kabanero
Əlavə köməkçi hakimlər: Xuan Martinez Munuera, Xose Mariya Sançez Martinez (hamısı İspaniya)