"Tottenhem" "Mançester Yunayted"dən 75 milyon funt-sterlinq istəyir

"Mançester Yunayted" "Tottenhem"in futbolçusu Tobi Aldervayreldi heyətinə qatmaq niyyətindədir.

SportLine.az "Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" belçikalı futbolçu ilə ilkin danışıqlar aparıb və razılıq əldə ediblər. London klubu isə 24 yaşlı müdafiəçi üçün 75 milyon funt-sterlinq tələb edir. 

Qeyd edək ki, T.Aldervayreld 2015-ci ildən "Tottenhem"in şərəfini qoruyur.