"Mançester Yunayted"dən "Bavariya"ya 50 milyonluq təklif

Almaniya millisinin və "Bavariya"nın müdafiəçisi Jerom Boatenq karyerasını İngiltərədə davam etdirə bilər. SportLine.az "Manchester Evening News"a istinadən xəbər verir ki, "Mançester Yunayted" futbolçunun xidmətində maraqlıdır.

"Qırmızı şeytanlar" J.Boatenqin keçidi üçün Münhen klubuna 50 milyon funt-sterlinq ödəməyə hazırdır.

Məlumata görə, Mançester təmsilçisi Dünya çempionatının ardından 29 yaşlı müdafiəçi ilə münasibətləri rəsmiləşdirməyi düşünür.