"Mançester Yunayted"dən "Çelsi"yə 60 milyonluq təklif

"Mançester Yunayted" "Çelsi"nin futbolçusu Villianı transfer etmək niyyətindədir. SportLine.az xəbər verir ki, "qırmızı şeytanlar" Dünya çempionatının ardından "zadəganlar"a rəsmi təklif ünvanlamağa hazırlaşırlar.

"Mail"in məlumatına görə, Mançester təmsilçisi 29 yaşlı hücumçu üçün 60 milyon funt-sterlinq ödəməyə hazırdır.

Qeyd edək ki, Braziliya millisinin üzvü 2013-cü ildən "Çelsi"nin şərəfini qoruyur.