Mançini İtaliya millisində

İtaliya millisinin yeni baş məşqçisi müəyyənləşib. SportLine.az xəbər verir ki, Roberto Mançini "Skuadra Adzurra"ya rəhbər təyin olunub.

İtaliya Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, 54 yaşlı mütəxəssis bu gün ictimaiyyətə təqdim olunacaq.

Qeyd edək ki, Roberto Mançini dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün 2017-ci ilin noyabrında İtaliya yığmasını tərk edən Canpyero Venturanı əvəzləyib.