Mane "Barsa" və "Real"ı qarşı-qarşıya qoydu

Liverpulun futbolçusu Sadio Mane Avropa nəhənglərinin hədəfindədir. SportLine.az "Mirror"a istinadən xəbər verir ki, "Barselona", "Real" və "Yuventus" 25 yaşlı futbolçunun xidmətində maraqlıdır. 

Məlumatda artıq ispan klublarının futbolçunun meneceri ilə danışıqlara başladığı deyilir. "Mersisaydlılar"ın S.Mane ilə bağlı yekun qərarı qış transfer pəncərəsində verəcəkləri gözlənilir.