"Marafon Futsal” gümüş mükafatın bir addımlığında

Futzal üzrə Azərbaycan Yüksək Liqasında XXII turdan təxirə salınmış bir oyun keçiriləcək. 

SportLine.az xəbər verir ki, ötən oyunda "Neftçi”ni məğlub edərək dördüncü pilləni təmin edən "FK. İtaldizain Futsal” EKOL-a yenilən "Marafon Futsal”la qarşılaşacaq. Mayın 11-də Olimpik Starda keçiriləcək oyun saat 14:00-da başlanacaq.

"Marafon Futsal” qələbə qazanacağı təqdirdə son turun oyunlarının nəticəsindən asılı olmayaraq gümüş medalları təmin edəcək.