Mariya Stadnik çempion oldu

Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri başa çatıb. 

SportLine.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) həlledici görüşdə ötən il Avropa çempionatının finalında məğlub etdiyi (10:0) ukraynalı Ilyona Semkivlə qarşılaşıb. Finaladək bütün görüşlərində rahat qələbə qazanan Stadnik son qarşılaşmada da rəqibinə aman verməyib - 13:2. Beləliklə, Mariya daha bir yarışda çempion olub.

Azərbaycan Güləş Federasiyasının məlumatı