Mariya Stadnik finalda

Polşanın paytaxtı Varşavada “Qran-pri” seriyasından olan “Poland Open” turniri start götürüb. 

SportLine.az xəbər verir ki, yarışda ölkəmizi təmsil edən qadınlardan ibarət yığmamızın lideri Mariya Stadnik (50 kq) çətinlik çəkmədən finala yüksəlib. 3 qat olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionu kolumbiyalı Karolina Kastilyo Hidalqo, amerikalı Uitni Konder və ukraynalı Oksana Livaça 10:0 hesabıyla qalib gəlib. Stadnik yarımfinalda rus Nadejda Sokolovanı 11:1 hesabıyla məğlub edərək adını finala yazdırıb.

Güləşçimiz 8 sentyabr tarixində qızıl medal uğrunda Ukraynanın digər təmsilçisi Ilyona Semkivlə qarşılaşacaq.

Azərbaycan Güləş Federasiyasının məlumatı