Maurisio Sarrinin "Zenit"in təklifinə münasibəti

"Napoli"nin baş məşqçisi Maurisio Sarrinin klubdan ayrılacağı gündəmdədir. 

Sportline.az xəbər verir ki, onun xidmətində maraqlı olanlardan biri də Rusiya "Zenit"idir. Piterlilər təcrübəli mütəxəssisin ilinə 9 milyon avro təklif ediblər. İtaliya mətbuatında yayılan məlumatlara görə, Sarri Rusiyadan gələn təklifə biganə yanaşdığını açıqlayıb.

Onun "Çelsi"yə rəhbərlik edəcəyi daha inandırıcı görünür.