MBA-da daha 3 oyun

Amerika Milli Basketbol Assosiasiyasının müntəzəm çempionatında daha üç oyun keçirilib.

SportLine.az xəbər verir ki, "Los Anceles Klippers" və "Sen Antonio Spörs" kollektivlərinin dueli daha gərgin mübarizə şəraitində keçib. Matç Los Anceles basketbolçularının qələbəsi ilə yekunlaşıb.

Gecənin nəticələrini diqqətinizə çatdırırıq:

"Hyuston Rokets" - "Qolden Steyt Uarriors" - 107:86

"Denver Naqqets" - "Atlanta Houks" - 138:93

"Los Anceles Klippers" - "Sen Antonio Spörs" - 116:111