Mbappe "Mançester Siti"yə keçə bilər

PSJ-nin futbolçusu Kilian Mbappe karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. SportLine.az xəbər verir ki, "Mançester Siti" hücumçunun xidmətində maraqldır.

"Sunday Mirror"un verdiyi məlumata görə, PSJ-nin maliyyə feyr-pleyini pozduğu təstiqlənsə, Fransa klubu K.Mbappe ilə müqaviləyə xitam verə bilər. Belə olduğu təqdirdə isə, "şəhərlilər" 18 yaşlı ulduzu heyətə cəlb etməyi planlaşdırır.

Qeyd edək ki, K.Mbappe cari mövsümün əvvəlində "Monako"dan PSJ-yə keçib.