Məhəmməd Əli - 76

Bu gün əfsanəvi boksçu Məhəmməd Əlinin doğum günüdür.

SportLine.az xəbər verir ki, o, 1942-ci ilin bu günü ABŞ-ın Kentukki ştatında dünyaya göz açıb. 

O, özünün dünyanın ən yaxşı boksçusu olduğunu qeyd edirdi. Hər müsahibəsində, "Mənə yaxşı olduğumu deməyin. Mən ən yaxşıların yaxşısıyam", - deyən Məhəmməd Əli bu fikrini çıxışı ilə təstiq edirdi.

Peşəkar karyerasında ilk döyüşünə 1960-cı ildə çıxan boksçu 21 il ərzində 61 döyüş keçirib. Bunlardan cəmi 5-də məğlub olan Məhəmməd Əli, 37 dəfə rəqiblərini nokauta göndərib.

1960-cı il Olimpiadasının qalibi, üçqat dünya çempionu, "Ring Magazine" tərəfindən 5 dəfə ilin ən yaxşı boksçusu seçilən Məhəmməd Əli Ümumdünya Boks İttifaqı tərəfindən "bütün zamanların ən yaxşı boksçusu" kimi təqdim olunub. 

Məhəmməd Əli 2016-cı ildə uzun müddət davam edən tənəffüs yollarının problemindən dünyasını dəyişib.