Şəhriyar Məmmədyarov Karyakinlə bacarmadı

Almaniyanın paytaxtı Berlində şahmatçıların İddiaçılar Turniri davam edir. SportLine.az xəbər verir ki, bu gün iştirakçılar 8-ci tur çərçivəsində münasibətləri aydınlaşdıracaqlar.

Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Sergey Karyakinlə qarşılaşacaq. 7 turdan sonra 4,5 xal toplayan qrossmeysterimiz bu görüşün favoriti hesab olunur. 

Turun bütün görüşləri Bakı vaxtı ilə saat 18:00-da başlanacaq:


19 mart 2018
ŞAHMAT, İddiaçılar Turniri
8-ci tur

A.Qrişuk (Rusiya) - V.Kramnik (Rusiya) - 1:0
Ş.Məmmədyarov (Azərbaycan) - S.Karyakin (Rusiya) - 0.5:0.5
L.Dinq (Çin) - L.Aronyan (Ermənistan) - 0,5:0,5
U.So (ABŞ) - F.Karuana (ABŞ) - 0,5:0,5

Turnir cədvəli:

1. F.Karuana - 5,5
2. Ş.Məmmədyarov - 5
3. A.Qrişuk, 4,5
4. L.Dinq - 4
5-6. V.Kramnik - 3,5
5-6. S.Karyakin - 3,5
7-8. U.So - 3
7-8. U.So - 3